“Neymar mənim kumirimdir”

Braziliya millisinin hücumçusu Vinisius Junior yığmaya qayıdan Neymar haqqında xoş sözlər deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın futbolçusu, 34 yaşlı Neymarın yenidən milliyə dəvət olunmasının komanda üçün böyük əhəmiyyət daşıdığını bildirib:

“Neymar mənim kumirimdir. Meydanda öyrəndiyim və tətbiq etdiyim bir çox hərəkəti onu təqlid etməyə çalışaraq mənimsəmişəm. Onun komandaya qayıdışı bizim üçün çox vacibdir”.

“Santos”un futbolçusu Neymar təxminən üç illik fasilədən sonra Braziliya millisinin DÇ-2026 üçün heyətinə daxil edilib. “Sambaçılar” dünya çempionatındakı ilk oyununu sabah Mərakeş millisinə qarşı keçirəcək. Baş məşqçi Karlo Ançelottinin açıqlamasına əsasən, Neymar zədə səbəbindən bu görüşdə komandaya kömək edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button