Ançelotti Neymarı millinin heyətinə daxil edib

“Santos”un hücumçusu Neymar yayda keçiriləcək 2026-cı il dünya çempionatında iştirak edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu yoxlama oyunlarına hazırlaşmaq üçün Braziliya millisinin ilkin heyətinə daxil edilib.

Millinin baş məşqçisi Karlo Ançelotti oyunçunun fiziki hazırlığını şəxsən qiymətləndirmək istəyir və o, “Santos”un növbəti oyununda iştirak edəcək.

Neymarın Braziliya klubu ilə müqaviləsinin müddəti bu ilin sonuna qədərdir. O, Avropada “Barselona”da və PSJ-dəki çıxışı ilə tanınır.

Mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button