DÇ-2026: “Bellingem İngiltərənin ən yaxşı oyunçusudur”

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill İngiltərə millisinin 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Çud Bellingemi komandanın ən yaxşı futbolçusu adlandırıb:

“Şübhəsiz ki, Bellingem İngiltərənin ən yaxşı oyunçusudur. O, formada olan, “təravətli” görünən yeganə oyunçudur. Hər matçda təhlükə yaradır və ondan gözlənilən səviyyədə çıxış edir.

Baş məşqçi Tomas Tuxel böyük oyunlarda daha yaxşı çıxış edəcəklərini deyib. Amma düşünmürəm ki, o, hazırkı oyundan tam razıdır. Növbəti mərhələdə Deklan Rays heyətə qayıtmalı, müdafiə isə daha etibarlı olmalıdır. Bu futbolçular son illərdə yüksək standart müəyyən ediblər. Ona görə də, Bellingemdən, Morqan Rocersdən və Markus Reşforddan daha artığını gözləyirik. İndi bunu meydanda göstərməlidirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button