Nevill onu Premyer Liqanın ən yaxşı futbolçusu sayır

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill, keçmiş komandasının yarımmüdafiəçisi Bruno Fernandesi cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu adlandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın kapitanının mövsüm ərzində göstərdiyi performansı yüksək qiymətləndirib:

“Deklan Rays, Qabriel (hər ikisi “Arsenal”) və ya Bernardo Silvanın (“Mançester Siti”) adını çəkə bilərəm, amma Brunonun Kevin De Bruyne və Tyerri Anri ilə eyni səviyyəyə çatması onu liderlik xüsusiyyətlərinə görə ən yaxşılar arasında qoyur.

Bir neçə həftədən sonra axmaq kimi görünə bilərəm, çünki Rays və Qabriel həm Premyer Liqanı, həm də UEFA Çempionlar Liqasını qazana bilərlər. Amma Fernandes mövsümün yarısını mübarizə aparan və sonra belə performans göstərən bir komandada oynadığı üçün buna layiqdir.

Yeni il bayramından əvvəl vəziyyət gərginləşdi və elə bil ki, “Mançester Yunayted” üçün dünyanın sonu gəlirdi. Onlar çətin vəziyyətdə idilər. Amma “Arsenal” və “Mançester Siti” ilə matçlarda vəziyyəti dəyişə bildilər. Onlar həmçinin, “Liverpul” və “Çelsi”ni də məğlub etdilər”.

Portuqaliyalı futbolçu cari mövsümdə 34 oyunda 20 məhsuldar ötürmə verərək, Premyer Liqa rekorduna şərik olub. O, bu göstərici ilə Kevin De Bruyne (“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi, hazırda “Napoli”də çıxış edir) və Tyerri Anri (“Arsenal”ın keçmiş hücumçusu) kimi oyunçuların rekorduna çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button