Nevill “Liverpul”a inanmır

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill “Liverpul”un bu mövsüm Premyer Liqa çempionu olmaq şansları haqda danışıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Nevill, “qırmızılar”ın çempionluq yarışında uğur qazanacağına inanmadığını deyib:

“Liverpul”da bir şey var. Onların bir çox matçlarda onlara kömək edəcəyini düşünən əla qapıçısı var. Onların qol vura bilən hücumçuları var. Yarımmüdafiə… Deklan Raysı “Liverpul”da müdafiənin qarşısında yarımmüdafiəçi mövqeyinə qoysaz, deyərdim ki, klub mütləq titul uğrunda mübarizə aparacaq. Amma indi bizi narahat edən onların yarımmüdafiəsinin nə qədər möhkəm olması, müdafiəsinin nə qədər güclü olmasıdır. “Liverpul”un uğur qazanacağını düşünmürəm. Amma şübhəsiz ki, baş məşqçi sayəsində bu yarışdadırlar.

Onların baş məşqçisi sadəcə əladır, o, ən yaxşılardan biridir. Amma mənə elə gəlir ki, sonda “Arsenal” və “Mançester Siti” yenidən titul uğrunda oynayacaqlar”.

“Liverpul” hazırda Premyer Liqada 8 turdan sonra 17 xal toplayaraq turnir cədvəlində 4-cü yerdədir.

“Liverpul”a 2015-ci ildən almaniyalı mütəxəssis Yurgen Klopp rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button