“Neftçi”nin sonuncu ev matçının biletləri satışa çıxarıldı

Mayın 10-da Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, azarkeşlər “ağ-qaralar”ın bu mövsüm sonuncu ev oyununun biletlərini 1 manatdan əldə edə bilərlər.

“VIP Gold” sektoruna biletlərin qiyməti 5 AZN, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorlarına 3 AZN, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və “https://bilet.neftchi.az” saytından onlayn şəkildə almaq mümkündür. Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

“Palms Sports Arena”da keçiriləcək oyun saat 19:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button