
“Neftçi”nin şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin Misli Premyer Liqasının 23-cü turunda baş tutan “Turan Tovuz”la matçla bağlı İntizam Komitəsinin qərarından şikayətini təmin etməyib.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, klubun azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəbindən martın 11-də paytaxt təmsilçisinin 15000 manat cərimələnməsi barədə çıxarılan qərar qüvvədə saxlanılıb.
Sözügedən qarşılaşma martın 9-da keçirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



