“Neftçi”nin rəqibindən kubokda darmadağın

Futbol üzrə Moldova kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan “Speranta” aşağı liqadan olan adaşı – Drokiya “Speranta”sı ilə üz-üzə gəlib. Rəqibini 6:1 hesabıyla darmadağın edən elita təmsilçisi, cütün taleyini demək olar həll edib.

Fasiləyə hesabda 4:0 irəlidə yollanan Nisporenı təmsilçisi rəqibə yalnız 69-cu dəqiqədə təsəlli qolunu vurmağa imkan verib.

“Speranta” “Neftçi”ylə iyulun 11-də Kişinyovdakı matçadək çempionatda da 2 oyun keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button