“Neftçi”nin rəqibində ciddi itki

“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Bney Yehuda” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin heyətində Amit Zenati zədələnib. Bu barədə İsrail mətbuat məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçinin 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Zenati “Bney Yehuda”nın “Neftçi” ilə qarşılaşacağı oyunlarda iştirak etməyəcək.

“Neftçi” – “Bney Yehuda” matçı avqustun 8-də, saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı avqustun 15-də, Təl-Əvivdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button