“Neftçi”nin məşqçi və futbolçu heyəti üçün seminar

Bu gün “Neftçi”nin Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi Arena”da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, sabiq FIFA referisi Orxan Məmmədov çıxış edərək, komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.

Seminarda “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül və koordinatoru Elşad Əhmədov da iştirak ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button