“Neftçi”nin keçmiş prezidenti “Benfika”nın oyununda

“Neftçi” klubunun keçmiş prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, Hüseynzadə Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin “Spartak” (Moskva, Rusiya) – “Benfika” (Portuqaliya) matçında UEFA nümayəndəsi olacaq.

Bu gün Moskvada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.