“Neftçi”nin futbolçusunun cəzası açıqlandı – “Qarabağ” 800 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 15-ci turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Premyer Liqanın 15-ci turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 15-ci turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 15-ci turunun “Qəbələ”  – “Keşlə” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button