Avropa Liqası: “Neftçi”nin cavab, “Səbail”in ilk matçının vaxtı bilindi

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın “Speranta” klubu ilə qarşılaşacağı cavab oyununun da vaxtı açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma iyulun 18-də, saat 21:00-da start götürəcək. “Neftçi” – “Speranta” matçı 8-ci km stadionunda keçiriləcək. Komandalar arasındakı ilk oyun iyulun 11-də, saat 21:00-da başlayacaq.

Avropa Liqasındakı digər Azərbaycan təmsilçisi “Səbail”in Rumıniyanın “Universitatya Krayova” klubu ilə ilk oyunu iyulun 11-də, saat 20:00-da Bakıda olacaq. Bu komandalar arasındakı cavab matçının vaxtı isə bəlli deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button