“Neftçi”nin baş məşqçisinə Qətərdən təklif var

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Qətərdən təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə “digisport.ro” saytı məlumat yayıb.

Rumınların iddiasına görə, 48 yaşlı mütəxəssis Qətər klublarının diqqət mərkəzinə düşüb. Adıçəkilən ölkənin bir neçə klubu mövsümün sonunda onun keçidinə çalışacaq.

Amma bunun üçün “Neftçi”nin razılığını almaq lazımdır. Çünki Regekampfın bakılılarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

“Neftçi” hazırda Azərbaycan Premyer Liqasında üçüncü pillədə qərarlaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button