
“Neftçi” Mahmudov və Balayevlə müqavilənin müddətini uzatdı
“Neftçi” kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.
Komanda.az xəbər verir ki, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.
2017/18 mövsümündən komandanın şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.
“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində komandada olub və 25 rəsmi oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



