“Neftçi” “Zirə” ilə oyuna hazırlığı yekunlaşdırdı

“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsində qarşılaşacağı “Zirə” ilə cavab matçının hazırlığını başa vurub.

Komanda.az xəbər verir ki, flaqman bu gün 8-ci km stadionunda oyunöncəsi son məşqə çıxıb.

Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Aprelin 29-da keçiriləcək “Neftçi” – “Zirə” görüşünə saat 20:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun qolsuz bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button