“Neftçi” “Zenit”in azarkeşləri üçün xüsusi sektor ayıracaq

“Neftçi” Rusiyanın “Zenit” komandasına qarşı keçiriləcək yoldaşlıq görüşü zamanı qonaq komandanın azarkeşləri üçün xüsusi sektor ayıracaq.

Komanda.az xəbər verir ki, bu barədə Bakı klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır: “Matça olan marağı nəzərə alaraq, “Neftçi Arena”da keçiriləcək görüşdə Sankt-Peterburq təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Zenit” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən klubun müvafiq qurumları ilə əlaqə yaratmalıdırlar”.

Bundan başqa, “Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin görüşü izləmələri məhdudlaşdırılacaq: “Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq”.

Noyabrın 18-də keçiriləcək “Neftçi” – “Zenit” oyunu saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button