“Neftçi” xal ehtiyatını artırdı

Azərbaycanın UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatı yenidəb artıb.

Komanda.az xəbər verir ki, bu, “Neftçi”nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Avstriya “Rapid”inə (Vyana) 2:1 hesabı ilə qalib gəlməsindən sonra mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan Azərbaycanın hesabına daha 0,250 xal gətirib.

Amma Azərbaycan yenə də 29-cu pillədə qalıb. 28-ci yerdə 15,375 xalla Polşa qərarlaşıb.

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” 3-cü təsnifat mərhələsinin cavab oyununda avqustun 9-da Macaırstanda “Ferentsvaroş”un qonağı olacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Avropa Liqası və Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra reytinq siyahısında müəyyən dəyişikliklər olub. İrlandiya 9,125 xalla 38-ci, Lixtenşteyn 6,500 xalla 48-ci pilləyə yüksəlib. Litva (8,750) 39-cu, Lüksemburq (8750) 40-cı, Albaniya (6,250) 49-cu, Uels isə (6,166) 50-ci sıraya geriləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button