
“Neftçi” üzərində qələbə qazanmaq istəyirdik”
“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Bizim üçün final oyunu kimi idi. “Neftçi” yaxşı çıxış etdi. Qələbə qazanmaq istəyirdik. Cinah oyunçularımızın yerini dəyişmişdik. Onlara da çətin oldu. “Neftçi”ni təbrik edirəm.
Qarşıda daha 6 oyunumuz var. Hələ nəsə demək çətindir, hər şeyi axırda deyə bilərik. Zədəli futbolçularımız var. Zədələr olmasaydı, başqa cür oynayacaqdıq.
“Karvan-Yevlax”la “Neftçi”ni bir tutmayaq. “Neftçi”nin keyfiyyətli oyunçuları var”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



