“Neftçi” şikayət edəcək

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərara görə, Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun (0:1) 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış futbolçumuz İqor Ribeyro 3 oyun cəzalandırılıb, klub isə 3000 manat cərimə edilib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” qərara etiraz edib. Klubun mətbuat xidməti bununla bağlı açıqlama yayıb:

“Neftçi” PFK olaraq bu qərarı ağır hesab edirik. Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button