“Neftçi” Şamaxıya sabah yollanacaq

“Neftçi” Premyer Liqanın 22-ci turunda qarşılaşacağı “Şamaxı” ilə oyunun hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, “Zirə” ilə görüşün ertəsi bərpa məşqi edən “ağ-qaralar” bir günlük fasilədən sonra aprelin 6-da hazırlığa başlayıb.

Bu gün baş tutan növbəti məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Flaqman sabah eyni məkanda oyunöncəsi son məşqini keçəndən sonra Şamaxıya yola düşəcək.

“Şamaxı” – “Neftçi” matçı aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək. Oyuna saat 14:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button