“Neftçi” Rusiya səfərindən imtina edə bilər – Kluba turnirdə iştirak tapşırığı hardan verilib?

“Neftçi” iyulun 1-dən 15-dək Sankt-Peterburqda keçirilməsi planlaşdırılan “PARI Premyer” turnirində iştirak etməyə bilər.

Buna səbəb Rusiyada baş verən iğtişaşlardır. Bilindiyi kimi, Rusiyada ordu ilə “Vaqner” silahlı qruplaşmaları arasında baş verən döyüşlər bir çox tədbirlərin ləğvinə səbəb olub.

Bakı klubu da Rusiyadakı vəziyyəti nəzərə alaraq, “PARI Premyer” turnirindən imtina edə bilər. Ümumiyyətlə, turnirin özünün keçirilməsi hazırda sual altındadır. İğtişaşlara görə, Rusiyada çıxış edən əcnəbi futbolçular artıq ölkəni tərk etməyə hazırlaşırlar.

“Neftçi” turnir çərçivəsində iyulun 1-də “Zenit” (Rusiya), 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşmalıdır.

Bu arada, mətbuat “Neftçi”ni lap əvvəldən bu turnirdə iştiraka razılıq verdiyi üçün tənqid etsə də, Komanda.az-ın əldə etdiyi məlumata görə, Ukraynaya işğalçı hücumuna görə sivil dünya tərəfindən qınanılan Rusiyaya getmək təşəbbüsü klub rəhbərliyinin olmayıb. “Neftçilər”ə “yuxar”ıdan, dövlət səviyyəsində Rusiyadakı turnirə qatılmaq tapşırığı verilib. Yəni, Sankt-Peterburqdakı turnirdə iştirak etmək klub rəhbərliyinin seçimi olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button