“Neftçi” Rusiya klubları ilə yenə yoxlama oyunları keçirəcək? – Açıqlama

“Neftçi”nin prezidenti Kamran Quliyev açıqlama verib.

Komanda.az xəbər verir ki, Quliyev TASS-a açıqlamasında Rusiya klubları ilə əməkdaşlıq edəcəklərini bildirib:

“Payızda Rusiya klubları ilə yoldaşlıq oyunlarının keçirilməsi barədə danışmaq tezdir. Amma “Neftçi” onlarla əməkdaşlıq edəcək. Payızda yenidən yoldaşlıq matçları keçirmək olarmı? Hazırda heç nə deyə bilmərəm. Ancaq səmərəli şəkildə əməkdaşlıq edəcəyik”.

“Ağ-qaralar” Sankt-Peterburqdakı hazırlıq prosesində “Matç TV” turnirində iştirak ediblər. “Neftçi” Rusiya “Zenit”inə 1:3, Serbiya “Srvena Zvezda”sına 0:4, Türkiyənin “Fənərbaxça” komandasına 0:1 hesabı ilə uduzub. Komanda iyulun 18-də Moskvadakı yoxlama oyununda isə “Spartak”a yenilib – 0:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button