“Sumqayıt”dan ilk, “Zirə”dən çətin qələbə

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun ilk günündə bir qarşılaşma baş tutub. Ölkənin iki ən titullu klubu Azərbaycan derbisində üz-üzə gəlib. “Neftçi” “Qarabağ”ı “Bakcell Arena”da qəbul edib. Ağdam təmsilçisi səfərdə 4 cavabsız qolla qalib gəlib.

Dünən turun daha iki oyunu keçirilib. Günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edib. Cari mövsümdə məğlubiyyətləri sıralayan “Səbail” Qəbələ səfərindən də əliboş dönüb.

Çempionluğa iddialı “Sabah” bu tur doğma meydanda “Şamaxı”nı sınağa çəkib. Bu qarşılaşmada tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun son oyun günündə “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları keçirilib.

Əvvəlcə meydana “Kəpəz”lə “Sumqayıt” çıxıb. Gəncədə keçirilən görüş meydan sahiblərinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Özü də, “Sumqayıt” matçdakı yeganə qolu azlıqda qaldıqdan sonra rəqib qapısından keçirib. Bu qələbə Sumqayıt təmsilçisinin cari mövsümdə ilk qələbəsi olub. Zirədə isə meydan sahibləri çətin qələbəyə seviniblər.

Azərbaycan Premyer Liqası, 16-cı tur

2 dekabr

Neftçi – Qarabağ 0:4
Qol: K.Borges, 37; 83. A.Zubir, 60. R.Şeydayev, 67.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ömər Paşayev
“Bakcell Arena”, 21:00

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.

3 dekabr

Qəbələ – Səbail 2:1
Qol: Feras Abu Akal, 35. Ülvi İsgəndərov, 63 – Kizito Luvaqa, 4.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu, 14:30

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov

Sabah – Şamaxı 1:1
Qol: Kristian Sebalyos, 2 – Fuad Bayramov, 88.
Qırmızı vərəqə: Kristian Sebalyos, 25 – Elçin Mustafayev, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
“Bank Respublika Arena”, 17:00

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

Şamaxı: 1. Rəşad Əzizli (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 14. Uğur Cahangirov, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov, 79. Emil Qasımov
Baş məşqçi: Vüqar Əsgərli

4 dekabr

Kəpəz – Sumqayıt 0:1
Qol:
Vurğun Hüseynov, 89.
Qırmızı vərəqə: Vüqar Mustafayev, 84 – ikinci sarı (Sumqayıt)
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Gəncə şəhər stadionu, 14:30

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi
Baş məşqçi: Tərlan Əhmədov

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç
Baş məşqçi: Samir Abasov

Zirə – Turan Tovuz 2:1
Qol: F.Paxtmann, 74. K.Bayramov, 85-öz qapısına – A.Quseynov, 86.
Matçın 31-ci dəqiqəsində H.Keyta penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu, 17:00

Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

Turan Tovuz: 85. Kamal Bayramov (k), 3. Tərlan Quliyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov,8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 17. Natan Oduva, 19. Runi Eva
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 33. Eltun Turabov, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button