Mövsüm “Qarabağ”ın “Neftçi” üzərində qələbəsi ilə başa çatdı

Bu gün Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu turun bütün görüşləri eyni gündə keçirilib. Günün ilk oyununda “Səbail”, sonuncu sırada qərarlaşan “Keşlə”ni qəbul edib. Qonaqlar bu görüşdə darmadağınla qalib gəliblər.

“Sabah” “Zirə” ilə üz-üzə gəlib. Bu oyun da qonaqların qələbəsiylə yekunlaşıb.

Azərbaycan kubokunun finalında bir-birlərinə rəqib olan “Sumqayıt”la “Qəbələ” bu turda üz-üzə gəlib. Premyer Liqanın son turundakı bu oyun hər iki komandanın məşqçilərinə rəqibi bir daha təhlil etmək baxımından faydalı olub. Qarşılaşma isə meydan sahiblərinin minimal hesablı qələbəsiylə bitib. 

Turun mərkəzi oyununda isə çempionluğunu rəsmiləşdirən “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda sevinən tərəf Ağdam klubu olub.

Azərbaycan Premyer Liqası, 28-ci tur

11 may

Səbail – Keşlə 1:4

Qol: Oke Akpoveta, 53 – Andre Klennon, 7. Edvinas Girdvainis, 38. Samir Məsimov, 45. Conatan Ayite, 73.

Qırmızı vərəqə: Edvinas Girdvainis, 52 (“Keşlə”)

Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”, 15:00

Səbail: 25. Elxan Əhmədov, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 21. Oke Akpoveta, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 4. Enrike Perilyo, 99. Jarjue Maudo, 27. Emil Martinov, 9. İmanol İriberri, 6. Maykl Essyen, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı,7. Fəhmin Muradbəyli
Baş məşqçi: Aftandil Hacıyev

Keşlə: 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov (k), 93. Edvinas Girdvainis, 17. Samir Məsimov, 23. Conatan Ayite, 14. Andre Klennon, 25. Con Kamara, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın, 11. Vüsal İsgəndərli
Ehtiyat oyunçular: 56. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 8. Seymur Əsədov, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 21. Angelo Pena, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 90. Orxan Fərəcov
Baş məşqçi: Tərlan Əhmədov

______________________________________________________________________________

Sabah – Zirə 0:3

Qol: Xulio Sezar Rodriqez, 38; 80. Robin Nqalande, 69.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”, 16:00

Sabah: 32. Dmitro Bezruk, 5. Kərim Diniyev (k), 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 15. Erik Ramos, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 12. Zahid Mərdanov, 42. Reza Biqdelo
Ehtiyat oyunçular: 96. Əmirhüseyn Nəcəfi, 21. Novruz Məmmədov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 13. Filip İvanoviç, 16. Kənan Həsənov, 87. Elçin Mustafayev, 45. Tolqar Yaqubov, 77. Şakir Seyidov
Baş məşqçi: Elşad Əhmədov

Zirə: 1. Orxan Sadıqlı, 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake (k), 9. Aleksandr Dedov, 23. Mfo Kqasvane, 18. Xulio Sezar Rodriqez, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 7. Pərdis Fərcad-Azad, 77. Mirsahib Abbasov, 17. Robin Nqalande, 20. Fofana İsmael, 16. İbrahim Aslanlı, 99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov

______________________________________________________________________________

Sumqayıt – Qəbələ 1:0

Qol: Ülvi İsgəndərov, 68.

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sumqayıt şəhər stadionu, 16:00

Sumqayıt: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev, 77. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev, 22. Əfran İsmayılov, 17. Nicat Qurbanov, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 18. Süleyman Əhmədov, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov

Qəbələ: 1. Anar Nəzirov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 11. Asif Məmmədov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 21. Atakora Lalavele, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov
Ehtiyat oyunçular: 35. Murad Popov, 88. Sabien Lilay, 28. Stiven Monroz, 9. Davit Volkov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

______________________________________________________________________________

Neftçi – Qarabağ 2:3

Qol: Emin Mahmudov, 38-pen. Canluka Sansone, 40 – Mahir Mədətov, 15; 64. Riçard Almeyda, 90.

Matçın 11-ci dəqiqəsində meydan sahiblərinin forvardı Baqali Dabo penaltidən yararlana bilməyib (kənara).
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
8-ci km stadionu, 18:00

Neftçi: 1. Səlahət Ağayev, 15. Ruslan Abışov (k), 18. Tural Axundov, 8. Emin Mahmudov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 6. Qoran Paratski, 36. Mamadu Kane, 4. Petru Raku, 33. Turan Vəlizadə, 70. Əli Şirinov.
Baş məşqçi: Roberto Bordin.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Gerye, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 9. Araz Abdullayev, 52. Yakub Jezniçak, 6. Simeon Slavçev, 19. Filip Ozobiç, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button