“Neftçi” “Qarabağ”a qalib gəldi, “Sabah” çempion oldu

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış oyun keçirilib.

Komanda.az xəbər verir ki, təxirə salınmış oyunda “Neftçi” “Qarabağ”ı qəbul edib.

Bir neçə gün əvvəl bu komandaların qarşılaşmasında “köhlən atlar” 5:1 hesablı qələbə qazanmışdılar. “Neftçi” bu görüşdə həmin məğlubiyyətin əvəzini çıxmağı bacarıb.

“Qarabağ”ın məğlubiyyəti həm də “Sabah”ın vaxtından öncə ölkə çempionu olması ilə nəticələnib.

Azərbaycan Premyer Liqası, 21-ci turdan təxirə salınmış oyun

30 aprel

Neftçi – Qarabağ 2:1
Qollar
: Emil Səfərov, 55. Bassala Sambu, 90+2 – Elvin Bədəlov, 85-öz qapısına.
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”, 20:00

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button