“Neftçi” – “Qəbələ” matçının vaxtı dəyişdirildi

“Neftçi”nin “Qəbələ” ilə keçirəcəyi sınaq matçının vaxtı dəyişdirilib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 14-də deyil, 13-də baş tutacaq. Buna Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması səbəb olub. 8-ci km stadionunda keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.

“Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button