“Neftçi” Portuqaliya millisinə uduzdu

“Neftçi” 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının İsveçrədəki Friburq mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, komanda bu raundda Portuqaliya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma “ağ-qaralar”ın məğlubiyyəti ilə bitib – 15:18.

“Neftçi” A qrupunda Kanadaya 15:13, Malayziya yığmasına isə 21:7 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button