“Neftçi” polisə görə cərimə olundu

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

1-ci divizionun 26-cı turunun “Şamaxı-2” – “İmişli” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.

1-ci divizionun 27-ci turunun “Qarabağ-2” – “Sumqayıt-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik xidmətinin nümayəndəsi iştirak etmədiyinə görə “Qarabağ-2” komandası 40 manat cərimə edilib.

“Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ-2” komandası 80 manat cərimə edilib.

“Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının oyunçusu Uğur Cahangirov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimə edilib.

1-ci divizionun 27-ci turunun “İmişli” – “Kəpəz-2” oyununda “İmişli” klubunun oyunçusu Elariz Xəlilli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klub 160 manat cərimə edilib.

“İmişli” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının oyunçusu Elnur Cəfərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığına görə 3 oyun cəzalanıb, komanda 160 manat cərimə edilib.

1-ci divizionun 27-ci turunun “Neftçi-2” – “Turan Tovuz-2” oyunu polis nümayəndəsi gecikdiyinə görə gec başladığı üçün “Neftçi-2” komandası 160 manat cərimə edilib.

“Neftçi-2” – “Turan Tovuz-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” komandası 80 manat cərimə edilib.

1-ci divizionun 27-ci turunun “Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail-2” komandası 80 manat cərimə edilib.

“Səbail-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ-2” komandası 80 manat cərimə edilib.

1-ci divizionun 27-ci turunun “Qaradağ Lökbatan” – “Araz Naxçıvan” oyununa təcili tibbi yardım maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 40 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Araz Naxçıvan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button