“Neftçi” ilə ”Kəpəz” arasında böyük prinsipiallıq var”

“Zirə”yə qarşı oyun pis alınmadı. Fikrimcə, məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik, yalnız sonuncu dəqiqədən başqa. Özümüzü daha yaxşı tərəfdən göstərmək imkanımız olacaq”.

Komanda.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Mixeil Ergemlidze klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Gürcüstanlı hücumçunun fikrincə, “Zirə”yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçında qələbə qazana bilərmişlər:

“Mənim, Rauf Əliyevin fərqlənmək üçün imkanlarımız oldu. Hətta qol da vurduq, amma ofsayd olduğundan hesaba alınmadı. Məşqçi və komanda yoldaşlarım oyundan əvvəl yaxşı motivasiya vermişdilər. Düşünürəm ki, qollarımın davamı olacaq”.

Ergemlidze bu gün “Bakcell Arena”da “Neftçi”yə qarşı keçirəcəkləri 2-ci tur matçı ilə bağlı da danışıb:

“Ciddi hazırlaşmışıq, azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik. Bu oyunu tarixi derbi adlandırırlar və bilirəm ki, arada böyük prinsipiallıq var. Dəstəyə görə onlara minnətdarıq. Mehriban kollektimiz var. Hamı bir-birinə ailədə olduğu kimi diqqətli davranır”.

Ergemlidze Gəncənin əla şəhər olduğunu vurğulayıb:

“İnsanları çox xeyirxahdırlar. Hələ harasa gedə bilməmişik. Mərkəzdəki parkda olmuşuq, xoşumuza gəlib”.

Hücumçu “Kəpəz”in stadion probleminə görə evdə oynamamasına da münasibət bildirib: 

“Ev yox, səfər komandası kimi oynamaq məcburiyyətindəyik. Bu da pisdir. Gəncədə oynasaq, daha yaxşı nəticələr əldə edə bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button