“Neftçi” ilə “Sabah”ın yarım xalı

“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində uğurlu çıxışı Azərbaycana UEFA reytinqində yarım xal qazandırıb.

Komanda.az xəbər verir ki, hər iki komanda evdə keçirdiyi cavab oyununda qələbə qazanaraq, ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıb.

“Neftçi” Bosiya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0, “Sabah” isə Latviya RFS-ni 2:1 hesabı ilə məğlub edib.

Bununla, ölkənin cari mövsümdəki xalları 1,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 15,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya 16,500 reytinq xalına malikdir.

Baş tutan oyunlar Xorvatiya, Polşa, Ermənistan, Latviya, Kosovo, Farer adaları, Lüksemburq, Gürcüstan, Andorra və Şimali Makedoniyanın irəliləməsinə, Yunanıstan, İsveç, İrlandiya, Finlandiya, Lixtenşteyn, Şimali İrlandiya, Malta, Estoniya və Monteneqronun isə geriləməsinə səbəb olub.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button