
“Neftçi” ilə oyunda daha yaxşı işlər görəcəyik” – Burqştaller
“Bu matçdakı kimi qol şansları yaratsaq, “Neftçi” ilə cavab oyununda daha yaxşı işlər görəcəyik”.
Komanda.az xəbər verir ki, bu sözləri “Rapid”in (Vyana) futbolçusu Qvido Burqştaller evdə Lustenau “Austriya”sı ilə 1:1 heç-heçə etdikləri Avstriya Bundesliqasının 3-cü tur matçından sonra deyib.
O, karyerasında bəzən çətinliklər çəkdiyini bildirib:
“Ancaq biz indi də bunun öhdəsindən gələcəyik”.
“Neftçi” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Bakıdakı ilk qarşılaşmasında “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin