“Neftçi” Friburqda 1/4 finala yüksəldi

“Neftçi” 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Friburq məhələsində 1/4 finala yüksəlib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi buna A qrupunun son oyununda Malayziya yığmasını 21:7 hesabı ilə məğlub etməklə nail olub.

“Neftçi” növbəti mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq. Bu isə İtaliya və ya Portuqaliya kollektivi olacaq.

Xatırladaq ki, “Neftçi” qrupdakı ilk oyununda Kanada millisinə 15:13 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button