“Neftçi” Fransa klubunun futbolçusu ilə anlaşıb

“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az “themasports” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar” Fransanın “Pau” klubunda oynayan Ervin Koffinin keçidini həll edib.

Fil Dişi Sahilindən olan sağ cinah müdafiəçisi ilə tezliklə rəsmi müqavilə imzalanacaq.

28 yaşlı futbolçu daha əvvəl Fransanın “Şatoru”, “Loryan”, Kiprin “Anortosis” və “Olimpiakos” (Nikosiya) klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button