“Neftçi” “Domjale”yə uduzdu

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ikinci yoxlama matçına çıxıb.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə “Domjale” ilə üz-üzə gəlib.

“Ağ-qaralar” Sloveniya klubu ilə bu komandanın ev oyunlarını keçirdiyi stadionda üz-üzə gəlib. Üç qolun vurulduğu oyunda hesabı “Neftçi” açsa da, “Domjale” əzmkar qələbəyə sevinib.

Toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirən “Neftçi” həmin oyunda heç-heçəyə razılaşmışdı – 1:1. Samir Abasovun çalışdırdığı kollektiv iyunun 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

Yoxlama oyunu

21 iyun

Domjale – Neftçi 2:1
Qol
: Benyamin Markuş, 33. Jiqa Repas, 39 – Namiq Ələsgərov, 24.
Matçın 87-ci dəqiqəsində Seniyad İbriçiç penaltidən yararlana bilməyib (kənara).

Neftçi: 12. Kamran İbrahimov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov (22. Mirabdulla Abbasov, 71), 8. Emin Mahmudov (k) (37. Vüsal Əsgərov, 71), 10. Sezar Meza Kolli, 11. Harramiz, 20. Mert Çelik (21. İsmayıl Zülfüqarlı, 62), 24. Yusuf Laval (19. Fəhmin Muradbəyli, 71), 29. Sabir Buqrin (26. Ömər Buludov, 36), 36. Mamadu Kane (72. Emin Zamanov, 71).
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Əlirza Müştəbəzadə, 70. Asim Əlizadə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button