“Neftçi” məğlubiyyətdən zorla qurtuldu

Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulur.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Neftçi” də növbəti oyununa çıxıb. Roberto Bordinin rəhbərlik etdiyi kollektiv İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşıb. 8-ci km stadionunda keçirilən görüş “Neftçi” üçün o qədər də uğurlu başlamayıb. Amma buraxılan qollara baxmayaraq, təmsilçimiz bu görüşdən əzmkar heç-heçə ilə ayrılmağı bacarıb.

“Neftçi” “Bney Yehuda” səddini keçsə, Avropa Liqasının pley-off mərhələsində “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun

8 avqust

Neftçi – Bney Yehuda (İsrail) 2:2
Qol: Stiven Monroz, 42. Namiq Ələsgərov, 90+7 – Tambi Saqas, 26. Məhəmməd Qadir, 36.
Baş hakim:
Kərim Abed (Fransa).

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 36. Mamadu Kane.
Baş məşqçi: Roberto Bordin.
Bney Yehuda: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 4. Paz Ben Ari, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon.
Baş məşqçi: Yosef Abuksis.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button