“Neftçi” növbəti mərhələdə!

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulur.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Neftçi” də bu gün növbəti oyununa çıxıb. Roberto Bordinin rəhbərlik etdiyi kollektiv Rusiya “Arsenal”ını qəbul edib. 8-ci km stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.

Komandalar arasındakı ilk oyunda “Neftçi” minimal hesablı qələbə qazanmışdı – 1:0. “Ağ-qaralar” bu dəfə daha inamlı qələbə ilə mərhələ adlayıb. “Neftçi” 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu

1 avqust

Neftçi – Arsenal (Tula, Rusiya) 3:0
Qol: Rauf Əliyev, 49. D.Federiko, 89-pen. M.Mbodj, 90+3.
Baş hakim:
Alan Mario Sant (Malta)
İlk oyun – 1:0

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Arsenal: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.
Ehtiyat oyunçular: 1. Artuq Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Adzoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandr Tudor, 71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button