Nazir apreldə uğur qazanan idmançılarla görüşdü

Aprelin 28-də gənclər və idman naziri Fərid Qayıbov aprel ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Komanda.az xəbər verir ki, tədbirin əvvəlində nazir Fərid Qayıbov nazirliyin Kollegiya qərarı ilə əməkdar məşqçi fəxri adına, idman ustası dərəcəsinə layiq görülmüş bəzi mütəxəssislərə və idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Sonra Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə idmançıları salamlayan Fərid Qayıbov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və yeni uğurlar arzulayıb. Akrobatika, batut, tamblinq və bədii gimnastika, qılıncoynatma, sambo, sumo və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button