
Nazir açıqladı: Xankəndi stadionu avqust-sentyabr ayınadək tam hazır ola bilər
Xankəndi şəhər stadionunun avqust-sentyabr ayınadək tam hazır olacağı gözlənilir.
Komanda.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
Nazir işlərin bir az ləngiməsinin səbəbini də açıqlayıb:
“Xankəndi stadionu ilə bağlı bir az ləngimə oldu. Ötən il Xankəndidə MDB Oyunlarının oxatma yarışı baş tutdu. Bu səbəbdən, bəzi işləri ləngitməli olduq. Bu stadion UEFA standartlarına cavab verəcək. Burada beynəlxalq yarışların keçirilməsini də istəyirik. Milli komandamızın da burada bəzi oyunları keçirməsini istəyirik. Ot örtüyü, paltardəyişmə otaqları, tribunalar hazırdır. Bəzi tamamlama işləri gedir. Bəzi avadanlıqlar xaricdən gələcəyi üçün gözləyirik. Ümid edirik ki, avqust-sentyabr ayınadək tam hazır olacaq”.
Bizi Facebook-da izləyin



