DÇ-2026: “Biz çantalarımızı tez yığmayacağıq”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann 2026-cı il dünya çempionatı ilə bağlı maraqlı açıqlama verib. O, bildirib ki, turnirdə iştirak edən hər komanda çempionluğu əsas hədəf kimi qarşısına qoymalıdır və Almaniya millisi də istisna deyil.

Komanda.az FİFA-nın saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, komandasının hazırlığından danışarkən, turnirlə vaxtından əvvəl vidalaşmaq niyyətində olmadıqlarını deyib:

“Hər komanda qələbəyə oynamalıdır, bu bizə də aiddir. Biz çantalarımızı tez yığmayacağıq, amma 6 həftə üçün kifayət qədər hazırlıqlı olacağıq – hətta alt paltarına qədər!”

O, həmçinin, Almaniya millisinin turnirdə necə görünməsini istədiyini də vurğulayıb:

“İnsanlar desə ki, “bəli, bu, əsl alman komandası idi”, onda biz çox məmnun qalacağıq”.

Yayda keçiriləcək dünya çempionatında E qrupunda mübarizə aparacaq Almaniya millisi Kurasao, Fil Dişi Sahili və Ekvadorla qarşılaşacaq. Almanlar ilk oyununu iyunun 14-də, Kurasao millisinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button