“Napoli”nin zədəli futbolçusunun dönəcəyi vaxt bilindi

“Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo Anqissa ötən ilin noyabrından zədəlidir.

Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, Antonio Kontenin rəhbərlik etdiyi komanda üçün böyük itki olan kamerunlu futbolçu martın əvvəlində yenidən meydanda olacaq.

O, martın 1-də “Verona” ilə matçda oynaya bilər, bu da mümkün olmasa, ayın 8-də “Torino” ilə qarşılaşmada meydana çıxacaq.

“Napoli” hazırda yalnız yerli çempionatda çıxış edir. Komanda artıq UEFA Çempionlar Liqasından və İtaliya kubokundan kənarda qalıb. Neapollular ölkə çempionatında 24 turdan sonra topladığı 49 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button