“Napoli”də yeni baş məşqçi bəlli oldu

İtaliya çempionu “Napoli”nin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, mövsüm bitən kimi Luçano Spalletti ilə yollarını ayırmaq məcburiyyətində qalan Neapol klubu Rudi Qarsiyaya tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma Fransadan olan 59 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Qarsiya son olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına rəhbərlik edib. O, daha öncə “Roma”, “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Lill”, “Le Man”, “Dijon” və “Sent Etyen”in də baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button