
“Napoli”də yeni hücumçu – Rəsmi
“Napoli” “Verona”nın hücumçusu Giovanenin transferini elan edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı braziliyalı futbolçu ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
Transferin “Napoli”yə 2 milyon avroya başa gəldiyi bildirilir.
Giovane cari mövsümdə “Verona”nın heyətində A Seriasında 21 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



