“Napoli” ukraynalı hücumçunun transferini gözdən keçirir

“Roma”nın hücumçusu Artem Dovbik karyerasını İtaliyanın başqa bir klubunda – “Napoli”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, neapollular “Roma”da əsas heyət planlarına daxil olmayan ukraynalı futbolçunun icarə əsasında transferini nəzərdən keçirirlər.

Bu keçid yalnız bir halda mümkün olacaq – “Napoli”nin hücumçusu Lorenzo Lukka komandadan ayrılarsa. Bildirilir ki, Lukka ilə “Benfika” ciddi şəkildə maraqlanır.

Dovbik cari mövsümdə “Roma”nın heyətində 16 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button