“Napoli” müdafiəçisinə yeni şərtlə müqavilə təklif edib

“Napoli” müdafiəçisi Leonardo Spinazzolaya yeni müqavilə təklif edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol təmsilçisi italiyalı futbolçu ilə sözləşmənin müddətini uzatmaq istəsə də, bunu yalnız maliyyə şərtlərinin aşağı salınması ilə mümkün sayır. Spinazzolanın hazırda illik 1,8 milyon avro olan maaşı azaldılacaq, ancaq yeni məbləğ açıqlanmayıb.

33 yaşlı oyunçuya maraq göstərən klublar arasında “Yuventus” və “Milan” da var. Hər iki klub onun transferini nəzərdən keçirir.

Spinazzola daha əvvəl “Roma”nın da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button