
“Napoli” Lukakunu onunla əvəzləmək istəyir
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İtaliyanın başqa klubunda davam etdirə bilər.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Napoli” serbiyalı futbolçunun transferində maraqlıdır. Klubun bu yay komandadan ayrılması gözlənilən Romelu Lukakunu Vlahoviçlə əvəz etməyi planlaşdırdığı bildirilir.
26 yaşlı forvard 2025/26 mövsümündə “Yuventus”un heyətində 19 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



