Konte ilə görüş olacaq

Antonio Konte gələn mövsüm də “Napoli”nin baş məşqçisi postunda qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol təmsilçisi italiyalı mütəxəssisi komandada saxlamaq niyyətindədir. Bu məqsədlə klub prezidenti Aurelio De Laurentislə Konte arasında mayın sonuna qədər görüş keçiriləcək.

Mütəxəssisin “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Onun illik maaşı isə 8 milyon avro təşkil edir.

“Napoli” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 36 turdan sonra topladığı 70 xalla 2-ci pillədə qərarlaşıb.

Konte 2024-cü ildə “Napoli”nin “sükanı arxasına” keçib. O, komanda ilə birlikdə A Seriyasının və İtaliya superkubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button