“Napoli” gürcü futbolçunu satmaq istəmir

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın vingeri Xviça Kvaratsxeliyanı satmaq istəmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, neapollular gürcü futbolçunun transferinə razı olmayacaqlar. Fransanın PSJ və İngiltərə çempionatının bir neçə klubu Kvaratsxeliyanın xidmətində maraqlıdır. 

Xviça 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm 42 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button