“Napoli” antirekordunu təkrarlayıb – 65 il sonra

“Napoli” klubu 65 ildən sonra antirekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, Neapol təmsilçisi 1958-ci ildən sonra ölkə kuboku matçında doğma meydanda 4 top fərqi ilə məğlub olub.

Komanda ötən gün 1/8 finalda “Frozinone”yə uduzub (0:4). “Napoli” 1958-ci ildə bu turnirdə “Latsio”ya eyni hesabla yenilmişdi.

Noyabrın ortalarında Valter Matsarri komandanın “sükanı arxasına” keçib. O, bu postda Rudi Qarsiyanı əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button