
“Napoli” 20 milyon avroya müdafiəçi alıb
“Napoli” braziliyalı müdafiəçi Covani Santana ilə müqavilə bağlayıb. 20 yaşlı futbolçu “Verona”dan transfer olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar uğurla başa çatıb və transferin detalları razılaşdırılıb. Transfer “Napoli”yə 20 milyon avroya başa gələcək.
Santana cari mövsümdə A Seriyasında 21 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
“Napoli” hazırda İtaliya çempionatında turnir cədvəlinin 3-cü, “Verona” isə sonuncudan əvvəlki pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



